
- A-
- A
- A+
“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi
Yaponiya hökuməti bütün vətəndaşlara böyükmiqyaslı zəlzələlər və vulkan püskürmələri kimi fəlakətlərə hazırlıq çərçivəsində ən azı üç günlük ərzaq və içməli su ehtiyatı toplamağı tövsiyə edib.
Bizim.Media Yaponiya KİV-ə istinadən xəbər verir ki, Fəlakətlərin qarşısının alınması üzrə nazir Qosi Hosono bu barədə müraciət ünvanlayıb:
"Xahiş edirik, ən azı üç günlük, imkan daxilində isə bir həftəlik ehtiyat görün. Dövlət tərəfindən ictimai dəstək mümkün olmadığı hallarda belə evdə yaşaya bilməyiniz üçün ərzaq, su və portativ tualet tədarük edin”.
Yaponiya hökumətinin hazırlıq üçün qeyd etdiyi fəlakətlərə zəlzələlər, həmçinin Fuji dağında vulkan püskürməsi daxildir. Böyükmiqyaslı fəlakət nəticəsində yollar və rabitə şəbəkələri kəsilərsə, xilasedicilərin və yardım vasitələrinin çatdırılması ləngiyə bilər.
Qeyd edək ki, ərzaq ehtiyatının toplanması tövsiyəsi ilk dəfə təqdim edilmir. Yaponiya hökuməti bundan əvvəl də evlərdə ərzaq ehtiyatı saxlamağı məsləhət görüb.
Xatırladaq ki, daha əvvəl - oktyabrın 22-də Böyük Britaniyanın Nazirlər Kabineti də hər bir ailənin ən azı 72 saat tab gətirə biləcəyi fövqəladə təchizat vasitələri hazırlaması üçün «Hazır ol» (Be Ready) kampaniyasına start verib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































