Azərbaycan və Andorra arasında ikitərəfli əməkdaşlığın perspektivlərindən DANIŞILDI - FOTO

Azərbaycan və Andorra arasında ikitərəfli əməkdaşlığın perspektivlərindən DANIŞILDI - FOTO

Hazırda oxunan: Azərbaycan və Andorra arasında ikitərəfli əməkdaşlığın perspektivlərindən DANIŞILDI - FOTO
223918
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Andorra Knyazlığının xarici işlər naziri İmma Tor Faus ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
 

Bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri, COP29 sədrliyimizdən irəli gələn məsələlər, habelə regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.


Nazir Ceyhun Bayramov ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiyanın nəticələri barədə məlumat verib, xüsusilə iqlim maliyyəsi olmaqla vacib qərarların əldə olunduğunu diqqətə çatdırıb. Bununla yanaşı, Andorranın sədrliyimiz tərəfindən iqlim dəyişmələri ilə mübarizə sahəsində irəli sürdüyü 9 bəyanatdan 6-na qoşulmasının məmnunluq doğurduğu vurğulanıb.

Qarşı tərəf, həmçinin regiondakı cari vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə ətraflı məluamtlandırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.asi dialoqun və müntəzəm siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.


Azərbaycan və Andorra arasında ikitərəfli əməkdaşlığın perspektivlərindən DANIŞILDI - FOTO - foto 1
Azərbaycan və Andorra arasında ikitərəfli əməkdaşlığın perspektivlərindən DANIŞILDI - FOTO - foto 2
Azərbaycan və Andorra arasında ikitərəfli əməkdaşlığın perspektivlərindən DANIŞILDI - FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO