Ceyhun Bayramov ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında ÇIXIŞ EDİB - FOTO

Ceyhun Bayramov ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında ÇIXIŞ EDİB - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında ÇIXIŞ EDİB - FOTO

223909

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxış edib.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-nin rəsmi “X” hesabında paylaşım edilib.
 

Bildirilib ki, nazir Azərbaycanın dünyada sülh, təhlükəsizlik, dialoq və əməkdaşlığın əsasını təşkil edən Helsinki Yekun Aktı da daxil olmaqla, ATƏT sənədlərində göstərilən əsas norma, prinsip və öhdəliklərini yerinə yetirdiyini bildirib.


XİN rəhbəri çıxışında beynəlxalq hüququn pozulması, eləcə də Avropada islamafobiya daxil olmaqla, etnik və dini dözümsüzlüyün mövcudluğu kimi faktlara diqqət çəkib.

C.Bayramovun toxunduğu növbəti məsələ isə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı olub. Nazir deyib ki, bu addım qurumun effektiv fəaliyyətini təmin edəcək.

XİN başçısı iştirakçılara Azərbaycanla Ermənistan arasında mövcud birbaşa dialoqun uğurlu nəticələrindən, habelə Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı mövcud olan ərazi iddialarından da danışıb.

C.Bayramov sonda beynəlxalq ictimaiyyəti regionda vəziyyətin gərginləşməsinə yönələn təxribatçı addımlardan çəkinməyə çağırıb.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO