xa0Suriyanın bombardman olunmasını həm də "qulaqburması" olduğunu təsdiqləyən SSRI-nin ilk və son prezidenti Mixail Qorbaçov belə dəyərləndirib:xa0
"ABŞ və müttəfiqlərinin (İngiltərənin və Fransanın) Suriyaya raket zərbələri əsl atışmadan öncə aparılan təlimə çox oxşayır. Məncə belə görünüşlü hücum və onun bu cür nəticələri heç kimə lazım deyil. Bu, daha çox əsl atışmadan öncə olan təlimə bənzəyir. Bu yolverilməzdir və heç kimə xeyir gətirməyəcək".
Bu tezislərdən ən düşündürücüsü “bu, daha çox əsl atışmadan öncə olan təlimə bənzəyir" fikridir. Maraqlıdır, görəsən Qorbaçov bu hücumların davamlı olacağınıxa0 demək istəyib? Düşünürəm ki, sözdə "Suriyaya kimyəvi silahlardan istifadənin xəbardarlıqı" adlandırılan bu hücumun baş vermə səbəbi aprelin 4-də Ankarada baş tutan Tükiyə, Rusiya və İran görüşməsində bu üçlüyün ABŞ-ın "Biz Suriyadan çəkilirik" fikirlərinin bayraq tutmasından irəli gəlirdi. Bu görüş bitən kimi isə, Suriyada kimyəvi silah istifadə olunması ( hər nə qədər Putinin bunu ssenari olduğunu desədə) və buna cavab olaraq ABŞ-ın Bəşər Əsədi cəzalandırmalı olduğunu deyərək burada qalmanın vacib olduğunu bildirdi. Bunu da etdi buna görədə zənlimcə daha hücumlara ehtiyac yoxdur. Bəşər Əsədin isə, raket zərbələrinə cavab verə biləcəyi halda bunu etməməsi və Rusiya bazalarında gizlənməsi ABŞ-dan çəkinməsinin bariz nümunədir. Donald Trump hər nə qədər biznesmen olsa belə Pentaqonun bu vaxta kimi Suriya və Yaxın Şərqin digər ölkələrində 7 trilyon xərcləməsini boşa çıxmasını qoymayacağı əvvəlcədən bəlli idi.xa0
Buna görə də bu fikirlər düşünülmüş "siyasi taktikadan" başqa bir şey deyil. Amma onu da demək lazımdır ki, təbii olaraq ABŞ-ın Suriya çəkilməsi məsələsinin həll olunmasında cox böyük yol açardı. Bu hücumu edəcəyini Donald Trumpın əvvəlcədən öz twitter hesabında bəlkə də Pentaqonun xəbəri olmadan əvvəlcədən deməsi ilk əvvəl hər nə qədər inam doğurmasa da bunun baş verməsi Trampın şəxsi nüfuzuna böyük şəkildə təsir etdi. Beləliklə də demokratiyanın beşikdarı və bayraqdarı adlandırılan super güc (ABŞ) dünyanın geosiyasi və geoiqtisadi mövqeyini öz əlində saxlamaqda davam edir.
Vasif Hüseynov,xa0
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin araşdırmaçısı
































































































