Rusiya şirkəti Azərbaycanda istehsal müəssisəsi yaradacaq - FOTO

Rusiya şirkəti Azərbaycanda istehsal müəssisəsi yaradacaq - FOTO

Hazırda oxunan: Rusiya şirkəti Azərbaycanda istehsal müəssisəsi yaradacaq - FOTO
204164
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Rusiyanın “Himtek Engineering” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
 

Bildirilib ki, sənədi qurumun İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Rusiya şirkətinin baş direktoru Sergey Luqovskoy imzalayıblar.


Memoranduma əsasən, Rusiya şirkəti Sumqayıt Kimya Sənaye Parkında dəyəri 100 milyon ABŞ dolları olan istehsal müəssisəsi yaradacaq və kimya məhsulları istehsal edəcək. 100 nəfərin işləyə biləcəyi müəssisənin illik istehsal gücü 15 min ton olacaq. Onun məhsullarının Azərbaycanda satışı ilə yanaşı Rusiyaya ixrac edilməsi planlaşdırılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO