Julian Assancın həyat yoldaşı İlham Əliyevin BBC-yə dediklərinə münasibət bildirdi - VİDEO

Hazırda oxunan: Julian Assancın həyat yoldaşı İlham Əliyevin BBC-yə dediklərinə münasibət bildirdi - VİDEO

20357

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev ötən il noyabrın 6-da BBC telekanalına verdiyi müsahibəsində Böyük Britaniyanın Assancı həbsxanada saxladığı ilə bağlı fikir söyləmişdi. 

Bizim.Media xəbər verir ki, Julian Assancın həyat yoldaşı Stella Morris “Twitter”də Azərbaycan liderinin BBC-nin jurnalistinə dediklərinə münasibət bildirib və bununla bağlı video paylaşıb.

“Azərbaycan prezidenti İlham Əliyev BBC-yə deyib ki, Britaniya Assancı jurnalistika ilə məşğul olduğuna görə həbsxanada saxlayır, onu “zehni və fiziki cəhətdən” öldürmək istəyir. Bu baxımdan BBC ona "mətbuat azadlığı" mövzusunda mühazirə oxuya bilməz”.

Video 24 saat ərzində 1,6 milyondan çox baxış toplayıb.

Bizim.Media



 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO