Moskva Vaşinqtonun heyfini Cənubi Qafqazdan çıxır...

Moskva Vaşinqtonun heyfini Cənubi Qafqazdan çıxır...

Hazırda oxunan: Moskva Vaşinqtonun heyfini Cənubi Qafqazdan çıxır...

186851
Rusiyanın post-sovet məkanında separatizmi qızışdırması və dəstək verməsi hər keçən gün daha da eybəcər forma alır. Kreml bununla yaxın qonşularına təzyiq etmək, həmçinin Qərbin Şərqə doğru xa0yaxınlaşma siyasətini önləməyə çalışır. Rusiyanın Ukrayna, Moldova və Gürcüstanda xa0münaqişələrdə açıq xa0tərəf olması, bir daha bu ölkəni iqtisadi sanksiyalarla üzləşdirsə də Moskva hazırkı kursunu dahada aqressivləşdirmək xətti götürüb. Qeyd edək ki, əsasən bu aqressiya məhz Rusiyanın qonşu ölkələrə qarşı həyata keçiririlir.xa0

Analitiklər hesab edirlər ki, ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalar Rusiyanı MDB məkanında daha da sərt siyasət aparmasına səbəb olacaq. Avqustun 8-də Rusiya prezidenti V. Putinin Gürcüstan ərazisinin ayrılmaz tərkib hissəsi olan Abxaziyaya qanunsuz səfəri separatizmə dəstək və ölkələrin ərazi bütövlüyünə qəsddir. Xüsusi olaraq Putinin 2008-ci ildə Gürcüstan -Rusiya müharibəsinin il dönümündə Abxaziyaya səfəri, xa0Qərbə və Gürcüstana meydan oxumaq və bu ərazilərin Rusiya üçün önəmli olduğunu göstərməkdir. Gürcüstanda hazırda ABŞ başda olmaqla NATO "Layiqli tərəfdaş - 2017" kod adlı hərbi təlimlər həyata keçirir. Düşünmək olar ki, Rusiya ABŞ-ın Gürcüstanda keçirdiyi bu təlimlərə görə, Gürcüstana qarşı siyasi-hərbi xa0təzyiqləri artıracaq.xa0

Gürcüstanın avrointeqrasiya kursu rəsmi Kremli öz sərhədləri yaxınlığında ciddi narahat edir. Moskva Cənubi Osetiyada hərbi birlikləri vasitəsi ilə Gürcüstanın içərilərinə doğru hərəkətləri davam etdirə bilər. Etiraf edək ki, rəsmi Vaşinqtonun Tiflisə davamlı mesajlarına baxmayaraq Gürcüstanın Rusiyaya müqavimət etmək heç bir siyasi və hərbi gücü yoxdur.xa0

xa0Təbii ki, avqustun 8-də Putinin Abxaziyaya səfəri separatçı qrumları ruhlandıracaq. Moskvanın xa0bu təxribatçı addımları digər separatçı qurumlara ilham vermiş olacaq. Sirr deyil ki, regionda əsas konflikt olan Qarabağ münaqişəsinin həllinin uzanmasında Rusiyanın böyük siyasi xətti var. Ona görə də bu ölkənin siyasi gedişləri imperiya maraqlarına əsaslanır və Qafqazı öz həyati maraq dairəsi hesab edir. Moskvanın separatçı bölglərlə bağlı siyasəti təbii ki, Azərbaycanı ciddi narahat edir. Nəzərə almaq lazımdır ki, Putinin xa0Abxaziyaya səfər etməklə istənilən halda Azərbaycanda Rusiyaya etimad mühitini sındırmış olur.
Məhəmməd Əsdullazadə,
Cənubi Qafqaz Təhlükəsizilik və Sülh İnstitunun sədri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO