"Bu dövlətlər konfliktdən yalnız öz maraqları üçün istifadə edir"

Hazırda oxunan: "Bu dövlətlər konfliktdən yalnız öz maraqları üçün istifadə edir"

144192
Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana iki günlük Bakı səfəri başlayıb. Səfər proqramı haqda öncədən məlumat verilmişdi. Rusiyalı nazirin öz həmkarı və Azərbaycan prezidenti ilə görüşlərində əsas müzakirə mövzusunun iki ölkə arasında əlaqələr, siyasi dialoqun dərinləşdirilməsi və əlbəttə ki, Qarabağ məsələsinin olması gözlənilirdi.

Müşahidəçilər isə səfəri daha çox Dağlıq Qarabağ problemi kontekstində əhəmiyyətli sayırlar. Çünki 4 günlük aprel müharibəsindən sonra məhz Sergey Lavrov rəsmi Kreml tərəfindən sülh danışıqlarında əsas nümayəndə kimi irəli verilib. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə bildirib ki, Peterburq görüşündə tərəflər Lavrovun vasitəçiliyinin davam etdirilməsi barədə ortaq razılığa gəliblər. 

Millət vəkli Araz Əlizadə Moderator.az-a açıqlamasında bildirdi ki, vasitəçilərə bel bağlamaq olmaz:

“Qarabağ konflikti illərdi ki, davam edir. Kim desə ki, Rusiya, ABŞ, Fransa Azərbaycan və Ermənistan arasında olan problemin həll olunmasını istəyir, mən buna inanmaram. Bizim ümidimiz yalnız öz təcrübəli diplomatlarımıza qalıb. Qeyd etdiyim dövlətlər bu konfliktdən yalnız öz maraqları üçün istifadə edir. Qarabağ məsələsinin həll olunmasında biz prezidentimizə inanmalıyıq.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO