Çanakkalada şəhid olmuş Azərbaycan Türklərinə abidə qoyulacaq...

Çanakkalada şəhid olmuş Azərbaycan Türklərinə abidə qoyulacaq...

Hazırda oxunan: Çanakkalada şəhid olmuş Azərbaycan Türklərinə abidə qoyulacaq...
132234
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Çanaqqala valisi Hamza Erkal ilə görüşüb.

Millət vəkili Q.Paşayeva Çanakkala valisi ilə görüşdə qardaş Türkiyədə terror aksiyaları və terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdə bütün terrorçulara  layiq olduqları cavabı verəcəyik,  qəhrəman şəhidlərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək deyib və terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən vali Hamza Erkal Azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”x9d, ”“ deyə o bildirib.
   
Canaqqala zeferinin 101-cü ildönümü qeyd etdik  deyən Qənirə Paşayeva, 100 il sonra yeni bir Çanaqqaladan keçirik və inşallah dədələrimiz kimi biz də zəfər qazanacağıq deyib.   Çanaqqalada çoxlu sayda Azərbaycan türkünün şəhid olduğunu xüsusi vurğulayan millət vəkili Q.Paşayeva dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyib. O,bildirib ki, Çanaqqalada şəhid olmuş Azərbaycan türklərinə Çanaqqalada yüksək səviyyədə bir abidənin qoyulması ilk öncə dosta da düşmana da bir mesaj olar:”x9d 100 il əvvəl də dədələrimiz birlik içindəydi 100 il sonra bu gün də nəvələri eyni ruhdadır və 100 il sonra da belə olacaq. Bu eyni zamanda qardaşlarının ağır günlərində hər şeyindən vazkeçərək buradakı torpaqlarımızda şəhid olan əziz şəhidlərimizin ruhu qarşısında bir vəfa borcu olmaqla yanaşı bu günkü və gələcək nəsillərə bu ruhu daha güclü aşılaya bilməmiz üçün də önəmlidir. Hər gün Çanaqqalaya Türkiyənin və Türk dünyasının müxtəlif bölgələrindən minlərlə insanımız ziyarətə gəlir. Belə bir abidə Çanaqqalada qoyularsa bu gənclərə böyük bir mesaj verəcək. Harada olursa olsun qardaşının çətin günündə ailəndən və canından belə vazkeçməyi bacarmaq lazımdır. Yalnız o zaman biz birlikdə daha güclü olur və zəfər qazanırıq. Bu eyni zamanlarda bizi sevməyənlərə də mesaj olacaq. 100 il öncə də birlikdəydik, indi də ,100 illər sonra da birlikdə olacağıq”x9d
    
Çanaqqala valisi Hamza Erkal millət vəkili Q.Paşayevanın Çanaqqala Azərbaycan türklərinə abidə qoyulması təklifini dəstəkləyərək bildirib ki, o da belə bir abidənin qoyulması vacib hesab edir və millət vəkilinin təklifi ilə bağlı müvafiq nazirliklərlə bu məsələnin yaxın zamanlarda reallığı çevrilməsi üçün müzakirələr aparacaq və məsələ qaldıracaq.
     
Millət vəkili Çanaqqala valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri”x9d kitabını hədiyyə edib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycanla Çanaqqala arasında əlaqələrinin güclənməsinin də çox mühüm olduğunu dilə gətirib. Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası”x9d kitabının da müəllifi olduğunu və kitabın növbəti hissəsələrində qədim Çanakkalenin  də yer alacağını bildirib. “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası”x9d kitabının gənclərdə sahib çıxmaq duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyən millət vəkili “Gənclər bizim olanı tanımalı ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə “mənim”x9d, “sənin”x9d yox, “bizim”x9d şəklində olmalıdır”x9d. Millət vəkili Qənirə Paşayeva Çanakkale valisi Hamza Erkalı ölkəmizə dəvət edib. Millət vəkili Q.Paşayeva görüşdə bu bölgədə təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib. Onlar sizə əmanətdir deyən millət vəkilinə Çanakkale valisi  hər məsələdə tələbələrin ona müraciət edə biləcəyini və hər zaman əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib. Vali Hamza Erkal millət vəkili Q.Paşayevanın Çanaqqalada verdiyi konfransın çox önəmli olduğunu vurğulayaraq Çanaqqalada bu cür konfransların çoxalmasının əhəmiyyətini xüsusi vurğulayıb. Millət vəkili Q.Paşayeva Çanaqqalada yeni konfrans təklifini qəbul etdiyini və yaxın zamanlarda təkrar gələcəyini söyləyib. Görüşdə araşdırmaçı-yazar İmdat Avşar da iştirak edib və bir sıra təkliflər ətrafında geniş müzakirələr olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO