“Hər şeydən xəbərim var”x9d

“Hər şeydən xəbərim var”x9d

Hazırda oxunan: “Hər şeydən xəbərim var”x9d

126875
“Sağ olun ki, xatırlayırsınız. Sizin timsalınızda bütün mətbuat nümayəndələrinə təşəkkürümü bildirirəm, bayramlarını da təbrik edirəm. Hər gün gündəlik iş rejiminə başlamamışdan əvvəl xəbər saytlarını izləyirəm. Həm baş verən prosesləri, həm siyasi hadisələrdən xəbər tuturam. Hər şeydən xəbərim var. Həm də öz ixtisasım, dərs dediyim sahə ilə bağlı yenilikləri, baş verənləri bilmək istəyirəm”x9d.xa0

Bunu Moderator.az saytına açıqlamasında vaxtilə Azərbaycan Respublikasının prezidentinin səlahiyyətlərini icra etmiş professor, tibb elmləri doktoru Yaqub Məmmədov bildirib. Qeyd edək ki, 1992-ci ildə Azərbaycan Ali Sovetinin sədri olan Y. Məmmədov həmin ilin 28 fevralından 15 mayına qədər ölkə başçısının səlahiyyətlərini icra edib.

Hazırda AMEA-nın müxbir üzvüdür. Həmçinin Azərbaycan Tibb Universitetinin patoloji fiziologiya kafedrasında azərbaycan və rus bölmələrində praktik məşğələlər aparır və mühazirələr oxuyur.

Vaxtilə Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Y. Məmmədov son illər mətbuatda az görünməsi ilə bağlı sualı da cavablandırıb:

“Arabir xəbər saytları, qəzetlər mənə hansısa mövzu ilə bağlı müraciət edirlər. Mən də cavab verirəm. Yəni, mənim özümə nə zaman müraciət etsələr hazıram. Amma özüm durum hansısa sayta, qəzetə müraciət edim ki, məni danışdırın, buna artıq lüzum görmürəm”x9d.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO