İlham Əliyev xanım Dana Reizniece-Ozolanı qəbul edib

İlham Əliyev xanım Dana Reizniece-Ozolanı qəbul edib

Hazırda oxunan: İlham Əliyev xanım Dana Reizniece-Ozolanı qəbul edib
108124
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Latviya Respublikasının iqtisadiyyat naziri xanım Dana Reizniece-Ozolanı qəbul edib.

Moderator.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə əsasən, xanım Dana Reizniece-Ozola Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. 

Səfərdə onu Latviyanın müxtəlif sektorlar üzrə, o cümlədən informasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdən olan 30 biznesmenin müşayiət etdiyini vurğulayan nazir ölkəsinin iş adamlarının Azərbaycan ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını dedi.

Azərbaycan ilə Latviya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu əlaqələrin dostluq münasibətlərinə əsaslandığını dedi. 

Latviya Prezidenti ilə çox yaxşı münasibətlərinin olduğunu vurğulayan Prezident İlham Əliyev bunu ölkələrarası münasibətlərin inkişafında mühüm amil kimi dəyərləndirdi. Azərbaycan-Latviya əlaqələrinin genişləndirilməsində ölkələrimizin müxtəlif strukturları arasında sıx qarşılıqlı fəaliyyətin önəmini qeyd edən dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığımızın xüsusi əhəmiyyət daşıdığını bildirdi. 

Prezident İlham Əliyev Latviyanın iqtisadiyyat naziri xanım Dana Reizniece-Ozolanın ölkəmizə səfəri zamanı iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı vacib məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu dedi.

Dövlətimizin başçısı Prezident Raymonds Veyonisin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Latviya dövlətinin başçısına çatdırmağı xahiş etdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO