“COVID pasportu tələbini qadağan edin” - Pediatrdan ÇAĞIRIŞ  

Hazırda oxunan: “COVID pasportu tələbini qadağan edin” - Pediatrdan ÇAĞIRIŞ  

65614

“Fikrimcə, koronavirusla bağlı qadağaları götürmək lazımdır. COVID pasportuna görə insanların yaşayışını məhdudlaşdırmaq artıq mənasızdır”.

Bizim.Media xəbər verir ki, bunu tanınmış pediatr Vaqif Qarayev “Facebook” hesabında qeyd edib. Həkimin sözlərinə görə ölkədə epidemioloji durumla bağlı dinamika pozitivdir:
 

MÖVZU İLƏ BAĞLI:

Məcbur yedizdirməkdən uşaqlarda BU XƏSTƏLİK yarana bilər – Pediatrdan XƏBƏRDARLIQ 


“Azərbaycanda son vaxtlar yoluxma və ölüm sayında xeyli azalma müşahidə edilir. Qonşu Gürcüstan hökuməti endemik fazaya keçidi təsdiqlədi.Bu, yaxşı xəbərdi, çünki orada vəziyyət çox pis idi. Qardaş Türkiyədə də vəziyyət yaxşılaşıb. Ölkədə hər ailədə virusa yoluxan oldu. Hər kəs özünü qorusa yaxşıdı. Məncə, qadağaları götürmək olar”, - deyə həkim qeyd edib. 

Qeyd edək ki, son bir həftədir ki, gündəlik koronavirusa yoluxma 100-150 aralığında müşhidə olunur. Son statistikaya görə ölkədə 1105 aktiv xəstə sayı var. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO