Vaksin olunanların son sayı açıqlandı - FOTO

Hazırda oxunan: Vaksin olunanların son sayı açıqlandı - FOTO

62113

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 509 vaksin vurulub.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 026, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 667, 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 25 274 olub.

Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 1 542 olub.

Vurulan vaksinlərin ümumi sayı 12 957 147, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 297 076, ikinci mərhələ üzrə 4 783 478 nəfər təşkil edir.

Bundan başqa, 3 və daha çox doza vaksinasiya olunanların ümumi sayı 2 673 818 nəfər, pozitiv nəticədən sonra “buster” doza ilə vaksinasiya olunanların ümumi sayı 202 775 nəfər təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO