Boyu balaca olan 450 uşağa pulsuz dərman verildi

Hazırda oxunan: Boyu balaca olan 450 uşağa pulsuz dərman verildi

56526

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Respublika Endokrinoloji Mərkəzində somatotrop hormonu çatışmazlığı diaqnozu qoyulan 450 uşağı ödənişsiz müalicə edir.

Bu barədə Bizim.Media-ya agentlikdən məlumat verilib.

Qeyd olunub ki, agentlik həmin uşaqları boy hormonu preparatı ilə təmin edir:

"Boy hormonu çatışmazlığının müalicəsinin Xidmətlər Zərfinə daxil olmamasına baxmayaraq, Agentlik uşaqların fiziki inkişafdan geri qalmasının qarşısını almaq və boyqısalığı olan uşaqları erkən aşkarlamaq məqsədilə sözügedən xidməti təmin edir".

“Bu problemdən əziyyət çəkən şəxslər üçün preparatlar çox baha olduğundan bir çox ailənin onları almağa maddi imkanı çatmır. Uşaqların müalicədən məhrum edilməməsi üçün preparatlar Agentlik tərəfindən təchiz edilir. Bu ailələrə xoşbəxtlik nəsib edir və uşaqların gələcəkdə əlil olmasının qarşısını alır” - Respublika Endokrinoloji Mərkəzin baş həkimi Babək Salek Qənnadi bildirib.

Somatotrop hormon çatışmazlığı diaqnozu laborator müayinə əsasında pediatr-endokrinoloq tərəfindən qoyulur.

Dərmanlar böyümə zonalarının bağlanmasına yəni, sümük yaşı (rentgen müayinəsinə əsasən uşağın skeletinin sümüklərinin inkişafına uyğun gələn yaşın şərti mənası) qızlarda 14, oğlanlarda isə 16 yaşına qədər ödənişsiz verilir. Görülən işlərin nəticəsi olaraq boy hormonu çatışmazlığından əziyyət çəkən uşaqlarda boy artımı baş verir.

Babək Salek Qənnadinin sözlərinə görə, hər bir qısa boylu uşağa hormon terapiyası istifadə olunmur və sözügedən müalicə üsuluna başlamazdan əvvəl uşaqda böyümə geriliyinin səbəbi müəyyən olunmalıdır:
 

“Böyüməyə təsir edən amildən birincisi genetik faktorlardır. Hər bir uşağın boyu hər iki valideynlərindən alınan gen qrupu ilə təmin edilir. İkinci amil qidalanmadır. Əgər qidalanma pozğunluğu varsa, ilk növbədə bu düzəldilir.


Hormon çatışmazlığı varsa, çatışmayan hormon ilə müalicə problemi həll edilir. Hormon terapiyasında tətbiq edilən müalicənin ciddi yan təsirlərinin ola biləcəyi bəzi insanları narahat edir. Ancaq hormon yalnız müəyyən analizlərdən sonra uşaqda hormon çatışmazlığı aşkar edildikdə istifadə olunur. Əks halda, hər bir qısa boylu uşağın hormon terapiyasından faydalanacağına dair bir qayda yoxdur. Böyümə geriliyində istifadə edilən böyümə hormonu sümüklərin qığırdaqlarına təsir edən bir hormon olduğundan fərqli yan təsirlər göstərmir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO