Bu ölkədə qızılca epidemiya ELAN EDİLDİ 

Hazırda oxunan: Bu ölkədə qızılca epidemiya ELAN EDİLDİ 

167639

Rumıniyada qızılca epidemiya elan edilib. 

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

“Qızılcaya yoluxma hallarının həyəcan verici artımını, eləcə də xəstəxanaların uşaq və yoluxucu xəstəliklər şöbələrində çoxlu sayda yoluxmuş uşaqların olmasını nəzərə alaraq, Rumıniyanın Səhiyyə Nazirliyi 9 yaşlı uşaqların peyvənd olunmasının mümkünlüyünü təmin etmək üçün milli qızılca epidemiyası elan edib” - məlumatda qeyd olunub. 
Hazırda Rumıniyada 41 əyalətdən 29-da 2 minə yaxın insanın qızılcaya yoluxduğu bildirilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO