Azərbaycanda son bir həftədə 126 nəfər koronavirusa YOLUXUB - STATİSTİKA 

Hazırda oxunan: Azərbaycanda son bir həftədə 126 nəfər koronavirusa YOLUXUB - STATİSTİKA 

154681

Azərbaycanda son 1 həftə ərzində (4-10 sentyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, həmin müddətdə infeksiyaya 126 yeni yoluxma faktı qeydə alınıb. 

COVID-19-a yoluxan 123 nəfər sağalıb. 

İndiyədək ölkədə ümumilikdə 832 438 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 004 nəfər müalicə olunaraq sağalıb, hazırda 132 aktiv xəstə var. Bu günə qədər 10 302 nəfər vəfat edib. 
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 909, bu günə qədər isə ümumilikdə 7 677 476 test icra olunub. 

Eyni zamanda ölkədə son həftə ərzində 91 nəfər vaksinasiya olunub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 392 olub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO