
- A-
- A
- A+
Yas mərasiminə gedərkən qəzaya düşdülər – Yaralılar var – FOTO/VİDEO
Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 21011" markalı avtomobillə "Opel" in toqquşması zamanı üç nəfər xəsarət alıb. 1985-ci il təvəllüdlü Lətifə Əhmədova, 1998-ci təvəllüdlü Daşdəmir Nəsirov və 1979-cu il təvəllüdlü Xəqani Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri ağır qiymətləndirilir. Qəza yerinə polis əməkdaşları cəlb olunub.
Şahidlərin bildirdiyinə görə qəzaya uğrayan şəxslər hüzr mərasiminə gedirlərmiş.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































