Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak etdi - FOTO

Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak etdi - FOTO

Hazırda oxunan: Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak etdi - FOTO
645013
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik “Malıy” Dram Teatrı – Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun “Qağayı” pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təqdim edib.

Bizim.Media xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızı Leyla Əliyeva və Alyona Əliyeva tamaşaya baxıblar.

“Qızıl maska” da daxil olmaqla, Rusiyanın nüfuzlu teatr mükafatlarının laureatı olan Lev Dodinin quruluş verdiyi “Qağayı” klassik pyesin ən məşhur nümunələrindən biri hesab edilir.
 

Tamaşanın quruluşçu rəssamı və geyim üzrə rəssamı Aleksandr Borovskidir. Səhnə əsərində Rusiyanın Xalq artisti Sergey Kurışev, Əməkdar artistlər Yelizaveta Boyarskaya, İqor Çerneviç və digərləri çıxış ediblər.


Qeyd edək ki, noyabrın 8-dək davam edəcək Bakı Beynəlxalq İncəsənət Festivalı ikinci dəfədir keçirilir. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan BIAF-2026-nın proqramında konsertlər, balet və teatr tamaşaları, film nümayişləri, incəsənət xadimləri ilə görüşlər və ustad dərsləri də daxil olmaqla, 20-dən çox tədbir yer alıb.

Festivalda Azərbaycan, Böyük Britaniya, İsrail, Kanada, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən sənətçilər və yaradıcı kollektivlər iştirak edirlər.

Mehriban Əliyeva
Mehriban Əliyeva
Mehriban Əliyeva
Mehriban Əliyeva
Mehriban Əliyeva
Mehriban Əliyeva
Mehriban Əliyeva
Mehriban Əliyeva
Mehriban Əliyeva
Mehriban Əliyeva
Mehriban Əliyeva


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO