Türkiyədə beynəlxalq şəbəkə İFŞA EDİLDİ – 3 azərbaycanlı da var

Türkiyədə beynəlxalq şəbəkə İFŞA EDİLDİ – 3 azərbaycanlı da var

Hazırda oxunan: Türkiyədə beynəlxalq şəbəkə İFŞA EDİLDİ – 3 azərbaycanlı da var

628149

Türkiyənin İstanbul şəhərində müxtəlif ölkələrin vətəndaşlarını investisiya və foreks vədləri ilə aldatmaqda şübhəli bilinən beynəlxalq cinayət şəbəkəsinə qarşı keçirilən əməliyyat zamanı saxlanılanların sayı 56-ya çatıb.

Bizim.Media xəbər verir ki, istintaq materiallarına əsasən, Təcili Çağrı Mərkəzinə daxil olan məlumatlardan sonra İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə Kibercinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları araşdırmalara başlayıb.
 

Müəyyən edilib ki, Şişli rayonundakı ticarət mərkəzinin rezidensiyasında Vend Teknoloji adı altında fəaliyyət göstərən şirkət zahirən çağrı mərkəzi kimi fəaliyyət göstərsə də, əslində əsasən Yaponiya və Cənubi Koreya vətəndaşlarını hədəf alaraq beynəlxalq dələduzluqla məşğul olub.


Araşdırma zamanı şirkət rəhbərlərinin telefonlarında çoxsaylı istifadəçi hesablarının olduğu, şirkətin hesablarına gündəlik təxminən 1 milyon ABŞ dolları həcmində vəsait daxil olduğu və cinayət yolu ilə əldə edilən gəlirlərin Türkiyə daxilində leqallaşdırıldığı müəyyən edilib.

Toplanan sübutlar əsasında rezidensiyada keçirilən əməliyyat zamanı axtarış və müsadirə tədbirləri həyata keçirilib. Nəticədə 3 Azərbaycan, 1 Qırğızıstan, 1 Özbəkistan, 1 Cənubi Koreya və 1 Yaponiya vətəndaşı olmaqla ümumilikdə 56 şübhəli saxlanılıb.

Faktla bağlı xüsusilə külli miqdarda dələduzluq, Kapital Bazarları Qanununun tələblərinin pozulması, cinayətkar təşkilat yaratma və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması maddələri üzrə istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO