Ermənistanın yığmasının baş məşqçisi Bakıdakı dünya çempionatından danışdı

Ermənistanın yığmasının baş məşqçisi Bakıdakı dünya çempionatından danışdı

Hazırda oxunan: Ermənistanın yığmasının baş məşqçisi Bakıdakı dünya çempionatından danışdı
628119
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın 17 yaşadək güləşçilərdən ibarət yığmasının baş məşqçisi Qaqik Xaçatryan Bakıda keçirilən güləş üzrə dünya çempionatının təşkilini yüksək qiymətləndirib.

Bizim.Media xəbər verir ki, o, Bakı ilə bağlı təəssüratlarının olduqca müsbət olduğunu bildirib.

“Mənim Bakı haqqında fikirlərim çox müsbətdir. Yarışın təşkili çox yüksək səviyyədədir. Uzun illərdir məşqçi kimi çalışıram və hər yerdə bizi belə qarşılamayıblar. Burada koordinasiya, yarışların təşkili və ümumi iş prosesi çox peşəkar şəkildə qurulub”, – deyə Xaçatryan bildirib.

O qeyd edib ki, Bakıya ilk dəfə 20 yaşında güləşçi kimi gəlib:

“Həmin vaxt hər şey tamamilə fərqli idi. İndi isə Bakı xeyli inkişaf edib. Gözəl yollar salınıb, böyük park və bağlar yaradılıb. Şəhər mənim çox xoşuma gəldi. Yarışın keçirildiyi İdman Sarayı da çox gözəldir”.

Erməni məşqçi azarkeşlərin münasibətindən də razı qaldığını vurğulayıb.

“Azarkeşlər bizə qarşı çox mehriban davranırdılar, heç kim mənfi münasibət göstərmirdi. Onlar ədalətli mübarizəni və təmiz idmanı dəstəkləyirdilər. Hakimlik də ən yüksək səviyyədə idi. Məncə, ən vacib məqam da məhz budur”, – deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO