Rusiya XİN Qərbi hədəf aldı: "Ermənistan xalqı manipulyasiyalardan bezib"

Rusiya XİN Qərbi hədəf aldı: "Ermənistan xalqı manipulyasiyalardan bezib"

Hazırda oxunan: Rusiya XİN Qərbi hədəf aldı: "Ermənistan xalqı manipulyasiyalardan bezib"

618364

Ermənistan cəmiyyətində Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinə və ölkənin Avrasiya inteqrasiya birliklərində fəaliyyətini davam etdirməsinə ciddi maraq və tələb var, çünki bu strukturlar İrəvana konkret nəticələr qazandırır.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

"Sputnik" radiosunun efirində çıxış edən XİN rəsmisi vurğulayıb ki, Avrasiya strukturları çərçivəsində tərəfdaşlıq Ermənistana bəzi kənar qüvvələrin "boş vədlərindən" fərqli olaraq, real və hiss olunacaq üstünlüklər təmin edir:
 

"Ermənistan cəmiyyətində Rusiya-Ermənistan əlaqələrinin ardıcıl şəkildə irəliyə doğru aparılmasına və ölkənin Avrasiya inteqrasiya qurumlarında qalmasına yönəlmiş geniş bir xalq tələbi var. Çünki bu ittifaqlar real, gözlə görünən bəhrələr verir".


Rusiyalı diplomatın sözlərinə görə, Moskva və İrəvan arasında ikitərəfli əlaqələrin dəstəklənməsi hər iki tərəf üçün praktiki faydanın dərk edilməsinə əsaslanır.

Zaxarova əlavə edib ki, bu sosial tələb heç bir siyasi manipulyasiya və ya süni vədlərlə bağlı deyil, məhz iqtisadi əməkdaşlığın konkret uğurları fonunda formalaşır. "İnsanlar bu nəticələri görür, qiymətləndirir və münasibətlərin gələcək inkişafını dəstəkləyirlər", – deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO