Kazinoda görüntüsü yayıldı - Türkiyə baş konsulu geri çağırdı - Foto

Kazinoda görüntüsü yayıldı - Türkiyə baş konsulu geri çağırdı - Foto

Hazırda oxunan: Kazinoda görüntüsü yayıldı - Türkiyə baş konsulu geri çağırdı - Foto

618349

Türkiyənin Batumdakı baş konsulu Adnan Altay Altınörsün qumarxanada çəkilmiş fotolarının sosial şəbəkələrdə yayılmasından sonra ölkənin Xarici İşlər Nazirliyi təcili tədbir görüb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Batum Baş Konsulluğunda çalışan Adnan Altay Altınörsün qumarxanada çəkildiyi iddia olunan görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub və diplomatik dairələrdə rezonans doğurub.

Hadisədən sonra Türkiyə Xarici İşlər Nazirliyi Altınörsü vəzifəsindən uzaqlaşdıraraq Ankaraya – mərkəzə geri çağırıb.

Boşalan vəzifəyə isə Tiflisdəki Türkiyə səfirliyinin müşaviri Banu Terzioğlu təyin edilib. Banu Terzioğlu daha əvvəl Almaniyanın Karlsrue şəhərində Türkiyənin baş konsulu vəzifəsində çalışıb.

Qeyd edək ki, rəsmi Ankara məsələ ilə bağlı hələlik detallı açıqlama verməyib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO