Gümrüdə maskalı şəxslər "Güclü Ermənistan"ın ofisini mühasirəyə alıb

Gümrüdə maskalı şəxslər "Güclü Ermənistan"ın ofisini mühasirəyə alıb

Hazırda oxunan: Gümrüdə maskalı şəxslər "Güclü Ermənistan"ın ofisini mühasirəyə alıb

617763

Ermənistanda parlament seçkilərinin gedişatında gərginlik pik həddə çatıb. Ölkənin ikinci böyük şəhəri olan Gümrüdə xüsusi təyinatlı maskalı şəxslər "Güclü Ermənistan" blokunun yerli qərargahını mühasirəyə alıblar.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı "Güclü Ermənistan" partiyasının mətbuat katibi Marianna Qəhrəmanyan rəsmən təsdiqləyib.
 

Məlumata görə, hüquq-mühafizə orqanlarının xüsusi bölmələri qərargahın ətrafını nəzarətə götürərək ofisə giriş-çıxışı məhdudlaşdırıb. Hələlik əməliyyatın hansı səbəbdən keçirildiyi və rəsmi olaraq hansı ittihamlarla bağlı olduğu barədə ətraflı məlumat verilmir.


Müxalifət cinayət təqibi və bu addımları seçki günü öz fəallarına qarşı törədilən növbəti təzyiq dalğası kimi qiymətləndirir.

Xatırladaq ki, günün erkən saatlarında həmin siyasi blokun Geqamasar icmasındakı səlahiyyətli nümayəndəsi də iki dəfə səs verməyə cəhd ittihamı ilə saxlanılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO