Xocalı qatili evinə tanımadığı qadını "qeydiyyata alıb" - YENİ QALMAQAL

Xocalı qatili evinə tanımadığı qadını "qeydiyyata alıb" - YENİ QALMAQAL

Hazırda oxunan: Xocalı qatili evinə tanımadığı qadını "qeydiyyata alıb" - YENİ QALMAQAL

617743

Ermənistanda keçirilən parlament seçkiləri zamanı seçici siyahıları ilə bağlı daha bir ciddi qanun pozuntusu üzə çıxıb. Sabiq prezident, "Ermənistan" blokunun lideri, Xocalı qatili Robert Köçəryanın rəsmi yaşayış ünvanında tamamilə yad bir qadının qeydiyyata alındığı məlum olub.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə ikinci prezidentin ofisinin rəhbəri Baqrat Mikoyan xüsusi bəyanatla çıxış edib.

Mikoyanın sözlərinə görə, bu gün səhər saatlarından etibarən bir çox vətəndaş öz ünvanlarında tanımadıqları şəxslərin qeydiyyatda olduğunu və siyahılara salındığını müşahidə ediblər. Analoji halla sabiq prezidentin ailəsi də üzləşib:

"Əlbəttə ki, prezident Köçəryanın ailəsində Knarik Petrosyan ad-soyaddı bir nəfər yoxdur və onun bu ünvanda qeydiyyata alınması belə mümkün ola bilməzdi... Bu, hazırkı hakimiyyətin seçki siyahılarına əlavə adamlar yerləşdirmək üçün tətbiq etdiyi qüsurlu və çirkin praktikanın növbəti sübutudur. Onlar o dərəcədə həddini aşıb və azğınlaşıblar ki, artıq prezidentin öz evinə də tamamilə yad bir insanı rəsmən “qeydiyyata alıblar'".

Müxalifət tərəfi bu addımın seçki saxtakarlığı məqsədilə qəsdən edildiyini bildirərək məsələni nəzarətə götürdüklərini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO