
- A-
- A
- A+
“Hər 6 kiberhücumdan birində süni intellektdən istifadə olunur” - İlkin Cavadov
“Süni intellektin geniş tətbiqi kiberdələduzluq hallarının təxminən 35% artmasına səbəb olur”.
Bizim Media xəbər verir ki, bunu “CyberHackCon 2026” beynəlxalq etik haker konfransının təsisçisi və baş icraçı direktoru İlkin Cavadov Bakıda ilk dəfə keçirilən beynəlxalq etik haker konfransı “CyberHackCon 2026"-da çıxışında bildirib.
O bildirib ki, bu gün qarşıda yeni bir istiqamət var:
"Süni intellekt. Süni intellekt kibertəhlükəsizlik sahəsində həm imkanlar yaradır, həm də yeni təhlükələr meydana çıxarır. Sosial mühəndislik hücumlarının 80 faizindən çoxu, eləcə də deepfake videolar bu sahədə ciddi risklər yaradır. Süni intellektdən istifadə etməklə bu təhlükələrə qarşı mübarizə aparmaq mümkündür".
O əlavə edib ki, son hesabatlara görə, bu gün hər 6 kiberhücumdan birində süni intellektdən istifadə olunur.
Fəridə, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































