Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunan sərgi keçirilib - FOTO

Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunan sərgi keçirilib - FOTO

Hazırda oxunan: Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunan sərgi keçirilib - FOTO

37422

        “Heydər Əliyev” Fondu milli-mənəvi dəyərlərimizin və mədəni irsimizin dünya miqyasında tanıdılması, Azərbaycanın, həmçinin Gəncənin dünyanın ən qədim tarixə malik məkan olması istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirir. Bu günlərdə möhtəşəm tədbirlərdən biri də Fransanın Reyms şəhərinin To sarayında təşkil olunub.

Moderator.az xəbər veir ki,  Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 28-də Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunan sərgidə şairin dövrünə məxsus qadın geyimləri, xalçalar üzərində şairin əsərlərinə çəkilən illüstrasiyalar, qədim pul vahidləri, misgərlik və dulusçuluq sənət nümunələri, çini qablar və digər eksponatlar tamaşaçılarda geniş maraq doğurub. Sarayın inzibatçısı  Benua-Anri Papuno sərginin açılışında çıxış edərək bildirmişdir ki, bu cür tədbirlər müxtəlif mədəniyyətlərə malik xalqların biri-birlərini yaxından tanıması, ölkə barəsində müəyyən məlumatlar əldə edilməsində müstəsna rol oynayır. Sərgidə nümayiş etdirilən eksponatların Azərbaycanın qədim və zəngin mədəniyyətindən xəbər verir.

Reyms şəhəri merinin müavini Jak Kuen qonaqları salamlamış, beynəlxalq yarmarkada iştirak etməsindən məmnunluq hissi keçirdiyini, Məhsəti Gəncəvi ilə bağlı şəhərdə keçirilən silsilə tədbirlərin davamı kimi Azərbaycan incəsənət ustalarının Reyms Konservatoriyasında çıxış edəcəyini diqqətə çatdırıb.

Şampan-Arden Regional Şurasının sədri Jan-Pol Başi bir neçə həftə əvvəl Fransa nümayəndə heyətinin tərkibində Bakıda keçirilən Üçüncü Beynəlxalq Humanitar Forumla əlaqədar ölkəmizə səfər etdiyini xatırlatmış, Azərbaycanın dünyanın iki qitəsinin və müxtəlif ölkələrin yol ayrıcında, əsasən də müsəlman ölkələri ilə sərhəddə, qədim sivilizasiyaların qovşağında yerləşdiyini, özünəməxsus adət və ənənələri olduğunu qeyd edib.

Azərbaycanın yeraltı sərvətlərlə, xüsusilə neft və qazla zənginliyini diqqətə çatdıran regional sədr Bakı və Gəncənin ölkəmizin əsas böyük şəhərləri olduğunu, son zamanlar hər iki şəhərin müasir görkəm aldıqlarını vurğulayaraq, Reyms Universitetinin Gəncə Dövlət Universiteti ilə əlaqələr qurmaqda maraqlı olduğunu bəyan edib.

Gəncədə keçirilən beynəlxalq şərab festivalında iştirakını xatırladan Jan-Pol Başi Şampan regionunun öz şərabları ilə dünyada tanındığını və bu sahədə Gəncə şəhəri ilə birgə fəaliyyətə önəm verdiyini, Azərbaycanda turizm imkanlarının genişləndiyini, bu istiqamətdə əməkdaşlığın yaradılmasının vacibliyini qeyd edib.

Ölkəmizin Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova XII əsrin şairi, yazıçısı, rəssamı və kalliqrafiya ustası kimi tanınan Məhsəti Gəncəvinin Şərq İntibahının mədəniyyət mərkəzlərindən biri olan Azərbaycanın ikinci böyük şəhəri Gəncədə yaşayıb yaratması, bu şəhərdə öz əsərləri ilə bəşər ədəbiyyatını zənginləşdirən daha bir söz ustası-Nizami Gəncəvi haqqında məlumat verib. Məhsəti Gəncəvinin adına məktəblər və küçələr olduğunu, 1980-ci ildə doğma şəhəri Gəncədə ona abidə ucaldıldığını, Prezident cənab İlham Əliyevin şairin yaradıcılığının 900 illiyi ilə əlaqədar sərəncam imzaladığını, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Məhsəti Gəncəvinin əsərlərinin müxtəlif dillərə tərcümə olunaraq nəfis şəkildə çap edildiyini, şairin xatirəsinin UNESCO kimi nüfuzlu təşkilatda və səfirlikdə qeyd olunduğunu bildirib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncənin Azərbaycanın ikinci şəhəri olmaqla yanaşı, həm də qədim mədəniyyət və incəsənət mərkəzi olduğunu xatırladıb, dünya ədəbiyyatına Nizami Gəncəvi və Məhsəti Gəncəvi kimi dühalar bəxş etdiyini vurğulayıb. O, Prezident İlham Əliyevin sərəncamına əsasən Nizami Gəncəvinin anadan olmasının 870 və Məhsəti Gəncəvi yaradıcılığının 900 illiyinin Azərbaycanda və onun hüdudlarından kənarda qeyd olunmasından böyük qürur hissi duyduğunu, Gəncədə Məhsəti Gəncəvi ilə bağlı silsilə tədbirlərlə yanaşı ikinci beynəlxalq şərab festivalının keçirildiyini, festivalda Fransadan böyük nümayəndə heyətinin iştirak etdiyini, Gəncənin 2016-cı ildə "Avropa gəncələrinin paytaxtı" elan olunduğunu bildirib.
         Prezident cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, beynəlxalq aləmdə imicinin formalaşdığını vurğulayan icra başçısı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin mədəni dəyərlərini Fransada tanıtmaq istiqamətində böyük və yaddaqalan layihələr həyata keçirdiyini, ötən il Mehriban xanım Əliyevanın iştirakı ilə Reymsdə Azərbaycanla bağlı möhtəşəm tədbirin keçirildiyini diqqətə çatdırıb, ölkələrimiz arasında əməkdaşlığın inkişafının vacibliyini önə çəkib.

Reyms Universitetinin vitse-prezidenti professor Nurəddin Manamanni çıxışında Gəncə Dövlət Universiteti ilə əlaqələrin qurulmasında, ikitərəfli əməkdaşlıqda və tələbə mübadiləsində maraqlı olduqlarını bildirib.

 

 

 

Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunan sərgi keçirilib <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/750.jpg">Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunan sərgi keçirilib <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/751.jpg">Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunan sərgi keçirilib <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/752.jpg">Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunan sərgi keçirilib <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/753.jpg">Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunan sərgi keçirilib <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/754.jpg">Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunan sərgi keçirilib <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/755.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO