Paşinyandan ETİRAF: “Ən vacib məsələ Azərbaycanla müzakirələrə başlamaqdır”

Paşinyandan ETİRAF: “Ən vacib məsələ Azərbaycanla müzakirələrə başlamaqdır”

Hazırda oxunan: Paşinyandan ETİRAF: “Ən vacib məsələ Azərbaycanla müzakirələrə başlamaqdır”
36041
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paşinyan Türkiyə ilə münasibətləri tənzimləməyə hazır olduğunu açıqlayıb.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistanın baş naziri bu fikirləri hökumətin bugünkü iclasında deyib.

O, bildirib ki, qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmaq və ya tənzimləmək Ermənistanın xarici siyasətinin vacib istiqamətlərindən biri olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan qonşu ölkəyə səfər edəcək – TARİX BƏLLİ OLDU 


“Türkiyə prezidentinin son çıxışlarında münasibətlərin nizamlanması və Ermənistan-Türkiyə dəmir yolunun açılması ilə bağlı danışıqlara başlamağın mümkünlüyünü görürük. Burada Rusiya, ABŞ, AB, Çin və Hindistan da maraqlıdır.

Paşinyan həmçinin qeyd edib ki, İran və Gürcüstanla müzakirələr zamanı da regional əlaqələrin inkişafı və Şimal-Cənub nəqliyyat dəhlizi proqramının həyata keçirilməsi xüsusi yer tutur.

“İran və Rusiya ilə dəmir yolu əlaqəsi qurmaq da son dərəcə vacibdir. Komunikasiyaların açılması məsələsi artıq üçtərəfli Ermənistan-Rusiya-Azərbaycan formatında müzakirə olunur”.

Nikol Paşinyan çıxışı zamanı həmçinin Azərbaycanla delimitasiya və demarkasiya proseslərini gündəmin ən vacib məsələsi kmi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO