Erməni deputatdan Paşinyana XƏBƏRDARLIQ: “Çəkic götürən çəkicdən öləcək”

Erməni deputatdan Paşinyana XƏBƏRDARLIQ: “Çəkic götürən çəkicdən öləcək”

Hazırda oxunan: Erməni deputatdan Paşinyana XƏBƏRDARLIQ: “Çəkic götürən çəkicdən öləcək”
34122
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Məhkəmə sistemi, ibtidai istintaq orqanları, prokurorluq, polis, hökumət mandatı tərəfindən alınmış vəzifənin yerinə yetirilməsini təmin etməyə çağırılır. Bu, həqiqətdə hökumətin dövlətlə eyniləşdirilməsinə nail olmaq vəzifəsini açıq şəkildə qoyanda görünməmiş həyasızlığın təzahürüdür”.

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözləri parlamentdə "Ermənistan" fraksiyasının deputatı Armen Rustamyan bildirib.

O, ölkə hakimiyyətinin Ermənistanın hüquq sistemini özünə tabe etmək cəhdlərini ittiham edib.

Deputat qeyd edib ki, tarix dəfələrlə dövlətlə şəxsiyyətin eyniləşdirmələrinin nə ilə başa çatdığını təsdiqləyib.
 

“İstənilən hərəkət əks təsirə səbəb olur, qılınc götürən qılıncdan həlak olacaq. Buna görə, daha insanların başı üstündə öz çəkicinizi silkələməyin, çünki çəkic götürən çəkicdən həlak olacaq”, - Armen Rustamyan deyib.


Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkiləri kampaniyası dövründə seçicilərlə görüşlərdən birində əlinə çəkic götürməklə rəqiblərinin qəzəbli reaksiyası ilə qarşılaşmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO