Ermənistanda keçmiş məmurların arvadları HƏBS EDİLDİ

Hazırda oxunan: Ermənistanda keçmiş məmurların arvadları HƏBS EDİLDİ

166630

Ermənistanda keçmiş məmurların arvadları istintaqa cəlb edilib.

Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, qadınların əksəriyyəti uşaq bağçalarının direktorlarıdır. 

Onların adları yaxın vaxtlarda açıqlanacaq. 

Mənbə yazır ki, onlar uşaq bağçalarında mənimsəmələrlə bağlı aparılan istintaq çərçivəsində dindiriləcəklər.

Qeyd edək ki, bu yaxınlarda Ermənistan MTX uşaq bağçalarını qidalandırmaqdan qazanc əldə edən cinayətkar dəstənin üstünü açdığını bəyan edib.

İş materiallarına görə, uşaq bağçalarının ərzaqla təmin edilməsi üzrə tenderdə qalib gələn iki şirkət sənədləri saxtalaşdıraraq məktəbəqədər uşaq müəssisələrinin müdirlərinin köməkliyi ilə ərzaq təchizatı üçün ayrılan pulları mənimsəyiblər. 
Evlərdə və ofislərdə aparılan axtarışlar zamanı 22 milyon dram (55 min dollar) nağd pul, qızıl-zinət əşyaları, mobil telefonlar və kompüterlər aşkar edilib. Beş nəfər həbs edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO