Avropa Belarus və Rusiya ilə müharibə istəyirmi? - VİDEO

Avropa Belarus və Rusiya ilə müharibə istəyirmi? - VİDEO

Hazırda oxunan: Avropa Belarus və Rusiya ilə müharibə istəyirmi? - VİDEO

608182

RT jurnalisti Rik Sançes Belarus Prezidenti Aleksandr Lukaşenkoya müsahibəsində belə bir sual ünvanlayıb: “Sizcə, avropalılar sizinlə və Rusiya ilə, xüsusilə də Rusiya ilə müharibə istəyirlərmi?” Bu sual Avropa liderlərinin son sərt ritorikası, xüsusən də müdafiə xərclərinin artırılması və orduların gücləndirilməsi ilə bağlı çağırışlar fonunda səsləndirilib.

Bizim.Media xəbər verir ki, Lukaşenko cavabında hazırkı mərhələdə Avropanın Belarus və Rusiya ilə birbaşa hərbi toqquşma istəmədiyini bildirib.

Onun sözlərinə görə, ritorika nə qədər sərt olsa da, Avropada yaxşı anlayırlar ki, Belarusla qarşıdurma əslində həm də Rusiya ilə qarşıdurma deməkdir.

Belarus lideri vurğulayıb ki, Minsk və Moskva hüquqi və hərbi baxımdan bir-biri ilə sıx bağlıdır. O xatırladıb ki, Rusiya açıq şəkildə Belarusun müdafiəsi üçün bütün arsenalından istifadə edə biləcəyini bəyan edib və bu faktı həm ABŞ, həm də Avropa bilir. Lukaşenkonun fikrincə, məhz bu amil müharibə ehtimalını aşağı salan əsas çəkindirici faktordur.
 

O əlavə edib ki, Avropa siyasətçilərinin bəzi çıxışları və hərbi ritorikası təhlükəli görünə bilər, lakin real qərar qəbul edən dairələr mümkün nəticələri hesablayırlar. Lukaşenko bu baxımdan bildirib ki, Belarus nüvə silahını təhlükəsizlik və çəkindirmə amili kimi qiymətləndirir və məhz buna görə müharibə istəmədiyini xüsusi vurğulayır.


Müsahibə zamanı Belarus Prezidenti daha geniş kontekstə də toxunub. Onun sözlərinə görə, hazırda əsas təhlükə Yaxın Şərqdəki gərginliyin böyüməsi, böyük dövlətlər arasında qarşıdurmanın dərinləşməsi və bunun qlobal sabitliyə təsiridir. Bu fonda o hesab edir ki, Avropa yeni cəbhə açmaqda maraqlı deyil, çünki belə bir addım bütün qitə üçün ağır nəticələr doğura bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO