
- A-
- A
- A+
Dünya
11:07 / 20.04.2026
1 dəq oxunma
Ukrayna ordusu Krımda Rusiyanın iki gəmisinə zərbə endirdi - VİDEO
Hazırda oxunan: Ukrayna ordusu Krımda Rusiyanın iki gəmisinə zərbə endirdi - VİDEO
608171
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ukrayna ordusu Krımda Rusiyanın Qara dəniz donanmasına məxsus iki böyük desant gəmisinə zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb.
Məlumata görə, Nazirliyin “Prizraklar” adlı xüsusi bölməsi bu gecə həm iki desant gəmisini sıradan çıxarıb, həm də radiolokasiya stansiyasını məhv edib.
Hədəf alınan gəmilər Rusiyanın Qara dəniz donanmasına məxsus “Yamal” və “Nikolay Filçenkov” böyük desant gəmiləri olub.
Məlumata əsasən, zərbə zamanı sözügedən gəmilər Sevastopol buxtasında olub.
Bildirilir ki, əməliyyat nəticəsində Rusiya donanmasına təxminən 150 milyon dollar məbləğində ziyan dəyib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































