Aysundan keçmiş ərinə şok İTTİHAM: “Uşağa dərman lazım olanda...” - VİDEO

Aysundan keçmiş ərinə şok İTTİHAM: “Uşağa dərman lazım olanda...” - VİDEO

Hazırda oxunan: Aysundan keçmiş ərinə şok İTTİHAM: “Uşağa dərman lazım olanda...” - VİDEO
608195
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni Aysun İsmayılova keçmiş həyat yoldaşı Ramil Vəliyevlə bağlı şok ittihamlar səsləndirib. 

Bizim.Media xəbər verir ki, bu barədə ifaçı Tolikin “Səmimi” layihəsində danışıb. 

O bildirib ki, R. Vəliyev qızı Sevgi ilə bir ildən çoxdur ki, görüşmür:

“Keçən ay qızı ilə görüşmək istəyirdi. Mənə yox, dayəyə zəng etmişdi. İcazə vermədim. Bir il yarımdır o uşağı ata tərəfdən heç kim axtarmır. Uşağım artıq hər şeyi başa düşür. Ya bu uşağı həftədə iki gün görəcəksən, onun bütün tələbatlarını qarşılayacaqsan. Ya da ildə bir dəfə gəlib uşağıma travma yaşatmayacaqsan. Dayəmdən  xəbər göndərdim. Ətrafıma həmişə deyirəm, elə boşanın ki, üz-üzə gələ biləsiniz. Çünki ortada bir övladımız var. 
 

Mən heç kimlə düşmənlik etməmişəm, ona da demişəm ki, uşağını istədiyin vaxt gəlib görə bilərsən. O günə qədər ki... Qızım qızdırmadan yanırdı, bağırsaqlarına heyvan ətindən mikrop düşmüşdü. Səhərə qədər xəstəxanada qaldıq, 12 gün əziyyət çəkdi. Gecə 3-də yazdım ki, dərman lazımdır.


Bakıda heç kimim yoxdur, uşağı qoyub gedə bilmirəm, o saatda kimə yaza bilərəm? Yalnız uşağımın atasına... Əgər o dərmanı göndərə bilmirsə, “göndərirəm” deyib telefonu söndürürsə, deməli ona uşaq lazım deyil”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO