XİN:

XİN: "Ermənistana sülh müqaviləsinin genişlənmiş elementləri təqdim edilib" - VİDEO

Hazırda oxunan: XİN: "Ermənistana sülh müqaviləsinin genişlənmiş elementləri təqdim edilib" - VİDEO
98901
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan sülh müqaviləsi üçün Ermənistana daha genişlənmiş elementləri təqdim edib”.

Bizim.Media xəbər verir ki, bunu Bişkekdə azərbaycanlı jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, Azərbaycan ilkin olaraq 5 baza prinsipi ilə Ermənistana təkliflər vermişdi: "Bu yaxınlarda isə həmin baza əsasında yeni detallar İrəvana təqdim edilib".

Ceyhun Bayramov bildirib ki, Ermənistan təqdim edilmiş detallarla bağlı vaxt istəyib.

“Bizdə dəqiq məlumat yoxdur ki, növbəti görüşlər zamanı Ermənistan bizim təqdim etdiyimiz elementlərə hansı reaksiyanı verəcək, yaxud əlavə vaxt istəyəcəklər. Ancaq bir neçə istiqamətlər var ki, onların irəli aparılması bizim üçün önəmlidir”, - deyə o əlavə edib.

Nazir qeyd edib ki, ikitərəfli əsasda olan sülh müqaviləsi, kommunikasiyaların açılması və delimitasiya məsələləri görüşlər əsasında müzakirə olunur:

“Azərbaycan görüşlərdə öz məlum prinsiplərini çatdırır və bu istiqamətdə işləri irəli aparır. Oktyabrda delimitasiyaya dair komissiyaların iclası Brüsseldə keçiriləcək”.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO