Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verildi

Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verildi

Hazırda oxunan: Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verildi
98087
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 8-də Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verilib. 

Bizim.Media xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən yarışlarda 32 kənd və qəsəbənin uşaq futbol komandası mübarizə aparacaq. 

Turnirin keçirilməsində əsas məqsəd uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda idmanın kütləviliyinə nail olmaqdır. 
Yarışlara ümumilikdə 2010-2011-ci il təvəllüdlü 350-dən çox uşaq cəlb olunub. 8 qrupda start götürəcək turnirə noyabrın 13-də final qarşılaşması ilə yekun vurulacaq. 
 
Turnirin açılış mərasimində “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov, Azərbaycan milli komandasının futbolçuları Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Elvin Camalov, Azər Salahlı, idman ictimaiyyətinin nümayəndələri və digər şəxslər qonaq qismində iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO