
- A-
- A
- A+
Siyasət
12:30 / 30.09.2022
1 dəq oxunma
Qənirə Paşayeva şəhid xanımları ilə bağlı MÜRACİƏT ETDİ
Hazırda oxunan: Qənirə Paşayeva şəhid xanımları ilə bağlı MÜRACİƏT ETDİ
96647
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Bəzi şəhidlərimiz var ki, evlənsələr də rəsmi nikaha daxil olmayıblar. Mənə də bir neçə şəhid xanımı müraciət edib ki, övladı şəhid övladı sayılsa da, özü şəhidin həyat yoldaşı sayılmır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
“Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli müəllimə bu məsələ ilə bağlı qanunvericilikdə müvafiq addımların atılmasıyla bağlı müraciət etmək istəyirəm. Çünki bu bir sıra hüquqi prosedurlarda, xüsusilə də ev növbəsi məsələsində problemlərin yaranmasına səbəb olur”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































