Azərbaycanın 2 boksçusu Avropa çempionatının 1/4 FİNALINDA

Azərbaycanın 2 boksçusu Avropa çempionatının 1/4 FİNALINDA

Hazırda oxunan: Azərbaycanın 2 boksçusu Avropa çempionatının 1/4 FİNALINDA
96340
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın 2 boksçusu İtaliyanın Montesilvano şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Federasiyanın məlumatında bildirilib.

Məlumata görə, 50 kq-da Aynur Mikayılova 1/8 finalda Byanka Balinti (Almaniya) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib. Onun növbəti rəqibi Lamprini Giannakopoulou (Yunanıstan) olacaq. Görüş sentyabrın 30-da baş tutacaq.

46 kq-da isə Faiq Mollayev İqor Uşinyaka (Polşa) qalib gəlib.

O, rəqibini yenməyə cəmi 1 dəqiqə 50 saniyə vaxt sərf edib. İlk raundda tam üstünlüklə qalib gələn Mollayev 1/4 finala adlayıb. O, növbəti döyüşünü oktyabrın 1-də Tomas Vari Cona (İngiltərə) qarşı keçirəcək.
Qeyd edək ki, sentyabrın 29-da Azərbaycanın daha 5 boksçusu mübarizəyə qoşulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO