Prezidentin Şuşadakı xüsusi nümayəndəliyinin binasından yeni GÖRÜNTÜLƏR 

Prezidentin Şuşadakı xüsusi nümayəndəliyinin binasından yeni GÖRÜNTÜLƏR 

Hazırda oxunan: Prezidentin Şuşadakı xüsusi nümayəndəliyinin binasından yeni GÖRÜNTÜLƏR 
96298
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə tanış olublar.

Bizim.Media xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, bina 1970-ci illərdə inşa edilib. Burada bərpa və yenidənqurma işlərinə 2021-ci ilin iyununda başlanılıb.
Binada ümumilikdə 41 iş otağı var. Burada əməkdaşların yüksək səviyyədə çalışması üçün hərtərəfli şərait yaradılıb. Binada, həmçinin akt və iclas zalları da mövcuddur.

Qeyd edək ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binası bərpa və yenidənqurmadan sonra sözün həqiqi mənasında göz oxşayır.

Binanı seyr edərkən Prezident İlham Əliyevin 2021-ci martın 16-da Şuşaya səfəri zamanı söylədiyi “Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq” sözlərinin artıq reallığa çevrildiyini görmək olar.



Bizim.Media

Prezidentin Şuşadakı xüsusi nümayəndəliyinin binasından yeni GÖRÜNTÜLƏR  - foto 1
Prezidentin Şuşadakı xüsusi nümayəndəliyinin binasından yeni GÖRÜNTÜLƏR  - foto 2
Prezidentin Şuşadakı xüsusi nümayəndəliyinin binasından yeni GÖRÜNTÜLƏR  - foto 3
Prezidentin Şuşadakı xüsusi nümayəndəliyinin binasından yeni GÖRÜNTÜLƏR  - foto 4
Prezidentin Şuşadakı xüsusi nümayəndəliyinin binasından yeni GÖRÜNTÜLƏR  - foto 5
Prezidentin Şuşadakı xüsusi nümayəndəliyinin binasından yeni GÖRÜNTÜLƏR  - foto 6

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO