AFFA İntizam Komitəsi 5 klubu cərimələyib

AFFA İntizam Komitəsi 5 klubu cərimələyib

Hazırda oxunan: AFFA İntizam Komitəsi 5 klubu cərimələyib
95437
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AFFA İntizam Komitəsinin (İK) qərarları açıqlanıb. 

Bizim.Media xəbər verir ki, İK Premyer Liqada çıxış edən 5 klubu cərimələyib. 

"Turan Tovuz"un futbolçusu Şakir Seyidov Bakıda "Sabah"a 1:3 hesabı ilə uduzduqları VII tur matçında qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. 22 yaşlı müdafiəçi Tovuz təmsilçisi isə 1 600 manat xərcə salıb. 

“Qəbələ” - “Sumqayıt” görüşündə (1:0) "qırmızı-qaralar"ın azarkeşləri Elçin Məsiyevi təhqir etdiyi üçün meydan sahibləri 4 000 manat cərimə olunub. Bundan başqa, əyalət təmsilçisinin yarımmüdafiəçisi Rövlan Muradov birbaşa qırmızı vərəqə ilə meydandan qovulduğu üçün 2 oyunluq diskvalifikasiya alıb. Klub isə 1600 manat cərimə ödəyəcək. 

“Səbail” evdə “Neftçi”yə 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra isti su təchizatının olmaması səbəbindən 800 manat cərimə olunub. 

"Kəpəz" isə azarkeşlərinə görə ziyana düşüb. Fanatlar Qəbələdə "Şamaxı" ilə görüşdə (2:1) hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlətdiyi üçün Gəncə təmsilçisi 4 000 manat cərimələnib.

Həmçinin, “Kəpəz”in 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub əlavə 800 manat cərimə ödəməli olacaq. 

"Şamaxı" isə 2-ci hissədə meydana 3 dəqiqə gec daxil olduğu üçün 800 manat cərimələ olunub. Bundan əlavə, bölgə təmsilçisinin futbolçusu Rauf Hüseynli oyundan sonra hakimin qərarına etirazını bildirdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komandasını isə 200 manat xərcə salıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO