Zaxarova:

Zaxarova: "Baydenin BMT-dəki çıxışı yersiz idi"

Hazırda oxunan: Zaxarova: "Baydenin BMT-dəki çıxışı yersiz idi"
95191
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Prezidenti Co Baydenin BMT Baş Assambleyasındanın 77-ci sessiyasındakı çıxışını yersiz adlandırıb.

Bizim.Media "TASS"a istinadən xəbər verir ki, Zaxarova “Solovyov Live”-ın canlı yayımında deyib ki, Bayden çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putinin nüvə təhlükəsi barədə fikirlərindən yanlış sitatlar gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

Zaxarovadan KTMT-nin Ermənistana yardımı ilə bağlı AÇIQLAMA - "Bu ancaq nağıllarda olur"


“ABŞ Prezidentinin çıxışına gəlincə, mən onu tamamilə yersiz hesab edirəm, çünki çıxışın həm başlanğıcı, həmçinin əsas istiqaməti də ölkəmiz ətrafında barədə fikirlər ətrafında qurulmuşdu. İş orasındadır ki, Bayden çıxışına Rusiya Prezidentindən sitatlar gətirməklə başladı. Bayden Rusiya Prezidentinin çıxışında guya ki, ölkəmizin dünyanı nüvə silahı ilə təhdid etdiyini iddia edib”, - Zaxarova vurğulayıb.

O qeyd edib ki, belə bir mövqe əslində deyilən sözlərin tam əksinin сəmiyyətə təbliğ olunmasıdır:

“Təəssüflər olsun ki, bu mövqe hazırda Qərb KİV-i tərəfindən yenidən sərgilənir. Bayden ABŞ kütləvi informasiya vasitələrində dolaşan fikirləri daha da möhkəmləndirdi”.
Qeyd edək ki, Bayden BMT-dəki çıxışında “Prezident Vladimir Putin Avropaya qarşı açıq nüvə təhdidləri edib və nüvə silahının yayılmaması rejiminin öhdəliklərinə məhəl qoymadığını göstərib" - deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO