Zaxarovadan KTMT-nin Ermənistana yardımı ilə bağlı AÇIQLAMA -

Zaxarovadan KTMT-nin Ermənistana yardımı ilə bağlı AÇIQLAMA - "Bu ancaq nağıllarda olur"

Hazırda oxunan: Zaxarovadan KTMT-nin Ermənistana yardımı ilə bağlı AÇIQLAMA - "Bu ancaq nağıllarda olur"

93996

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova sərhəddəki gərginliyə görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana birbaşa hərbi yardım göndərməməsi, vəziyyəti araşdırma missiyası göndərməsi ilə bağlı suala aydınlıq gətirib. 

Bizim.Media "TASS"a istinadən xəbər verir ki, Zaxarova erməni jurnalistin “Vəziyyət nə qədər gərginləşməlidir ki, KTMT əhəmiyyətli müdaxilə eləsin?” sualına cavab olaraq KTMT-nin xüsusi missiyasının göndərilməsinin bu təşkilatın əhəmiyyətli müdaxilə imkanı olduğunu vurğulayıb. 

“İkinci məqam isə, əminəm ki, bu sual Rusiyaya ünvanlanmamalıdır. Ona görə ki, son iki ildə bizim ölkə tərəfindən çoxillik köhnəlmiş böhranı həll etmək üçün çoxlu işlər görülüb.

Bunlar kağız üzərində edilməyib, “yerdə” edilib. Başa düşürəm ki, belə ağır vəziyyətlərdə hamı sehrli çubuğun müdaxilə edib, problemi həll etməsini istəyir. Lakin, bu ancaq nağıllarda olur" - deyə XİN rəsmisi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO