Tbilisidə ermənilərin təxribatının qarşısı alındı - FOTO

Tbilisidə ermənilərin təxribatının qarşısı alındı - FOTO

Hazırda oxunan: Tbilisidə ermənilərin təxribatının qarşısı alındı - FOTO
94431
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanda yaşayan bir qrup erməni Tbilisidə aksiya keçirməyə cəhd edib. Lakin onların bu cəhdi baş tutmayıb.

Bizim.Media xəbər verir ki, cəmi 20 nəfərə yaxın və əksəriyyəti qadınlardan ibarət olan qrup paytaxt metrosunun Ablavari stansiyasının yanında Azərbaycan səfirliyinin binasına qədər yürüş etməyə cəhd göstərib.

Lakin Avropa meydanının yanında polislə qarşıdurma olub. 

Qarşıdurma və qarışıqlıq yaratmağa, təxribat törətməyə çalışan ermənilərin cəhdi hər zaman olduğu kimi, bu dəfə də baş tutmayıb. Erməni qadınlar küçələrdəki zibil qablarını dağıdıb, polisə qarşı güc tətbiq etməyə çalışıblar.

Polis əllərində Ermənistan bayraqları tutan yürüş iştirakçılarının qarşısını Metexi körpüsü üzərində kəsib. Bu zaman polislə insident yaşanıb. Əraziyə çox sayda hüquq mühafizə orqanı əməkdaşı cəlb edilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisidə Heydər Əliyev parkının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Sonda ermənilərin aksiyası baş tutmayıb və onlar dağılmağa məcbur olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO