UEFA Avropa Liqasının qrup mərhələsində ikinci tur BAŞLAYIR  

UEFA Avropa Liqasının qrup mərhələsində ikinci tur BAŞLAYIR  

Hazırda oxunan: UEFA Avropa Liqasının qrup mərhələsində ikinci tur BAŞLAYIR  
93936
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ikinci tura start veriləcək. 

Bizim.Media xəbər verir ki, 8 qrupda ümumilikdə 15 görüş keçiriləcək. 

Azərbaycan çempionu “Qarabağ” doğma meydanda Fransanın “Nant” klubunu qəbul edəcək. Saat 20:45-də start götürəcək matçı albaniyalı hakimlər briqadası idarə edəcək.  

“Nant” ilk turda Yunanıstanın “Olimpiakos” komandasını məğlub edib - 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub. 

A qrupunun “Arsenal" (İngiltərə) - PSV (Niderland) matçı Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar oktyabrın 20-nə təxirə salınıb. 

Günün oyunları aşağıdakılardır: 

Qrup mərhələsi, ikinci tur 

A qrupu 

23:00 - "Budö Qlimt" (Norveç) - "Sürix" (İsveçrə) 

Xal durumu: "Arsenal" - 3, "Budö Qlimt" - 1, PSV - 1, "Sürix" - 0 

B qrupu 

23:00 - "Dinamo" (Kiyev, Ukrayna) - AEK (Larnaka, Kipr) 

23:00 - "Renn" (Fransa) - "Fənərbağça" (Türkiyə) 

Xal durumu: "Renn" - 3, "Fənərbağça" - 3, "Dinamo" - 0, AEK - 0 

C qrupu 

23:00 - "Betis" (İspaniya) - "Lüdoqorets" (Bolqarıstan) 

23:00 - "Roma" (İtaliya) - HİK (Finlandiya) 

Xal durumu: "Betis" - 3, "Lüdoqorets" - 3, "Roma" - 0, HİK - 0 

D qrupu 

23:00 - "Braqa" (Portuqaliya) - "Yunion" (Berlin, Almaniya) 

23:00 - "Yunion" (Belçika) - "Malmö" (İsveç) 

Xal durumu: "Braqa" - 3, "Yunion" - 3, "Yunion" (Berlin) - 0, "Malmö" - 0 

E qrupu 

20:45 - "Şerif" (Moldova) - "Mançester Yunayted" (İngiltərə) 

20:45 - "Real Sosyedad" (İspaniya) - "Omoniya" (Kipr) 

Xal durumu: "Şerif" - 3, "Real Sosyedad" - 3, "Mançester Yunayted" - 0, "Omoniya" - 0 

F qrupu 

20:45 - "Midtüllan" (Danimarka) - "Latsio" (İtaliya) 

20:45 - "Feyenoord" (Niderland) - "Şturm" (Avstriya) 

Xal durumu: "Latsio" - 3, "Şturm" - 3, "Midtüllan" - 0, "Feyenoord" - 0 

G qrupu 

20:45 - "Olimpiakos" (Yunanıstan) - "Frayburq" (Almaniya) 

20:45 - "Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa) 

Xal durumu: "Frayburq" - 3, "Nant" - 3, "Qarabağ" - 0, "Olimpiakos" - 0 

H qrupu 

23:00 - "Trabzonspor" (Türkiyə) - "Srvena Zvezda" (Serbiya) 

23:00 - "Monako" (Fransa) - "Ferentsvaroş" (Macarıstan) 

Xal durumu: "Ferentsvaroş" - 3, "Monako" - 3, "Srvena Zvezda" - 0, "Trabzonspor" – 0. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO