“Türkiyə Azərbaycanın yanında olacaq” – Türkiyə PA rəsmisi

“Türkiyə Azərbaycanın yanında olacaq” – Türkiyə PA rəsmisi

Hazırda oxunan: “Türkiyə Azərbaycanın yanında olacaq” – Türkiyə PA rəsmisi
93743
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Dünən baş verən təxribat nəticəsində Azərbaycanın 50-yə yaxın şəhidi var. Azərbaycanın acısı bizim acımızdır”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altunun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimatında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

Səfir bildirib ki, ilk dəqiqədən etibarən başda Prezident Ərdoğan, xarici işlər naziri, bütün siyasi rəsmilər bu məsələdə də Azərbaycanın yanında olduğunu ifadə edib:

“Azərbaycanın haqlı davasında Türkiyə Azərbaycanın yanındadır. Azərbaycanın ərazi bütövlüyünə qarşı olan heç bir fəaliyyəti doğru hesab etmirik. Buna qarşı Azərbaycanın yanında olmağa davam edəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO