“Sərhəddəki gərginliklə bağlı intensiv iş aparılır” - Kreml 

“Sərhəddəki gərginliklə bağlı intensiv iş aparılır” - Kreml 

Hazırda oxunan: “Sərhəddəki gərginliklə bağlı intensiv iş aparılır” - Kreml 
93572
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığına uyğun olaraq Ermənistan-Azərbaycan sərhədində münaqişənin gərginləşməsi ilə bağlı ciddi ekspert işləri aparılır. 

Bizim.Media "TASS"a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. 

"Dünən gecə Ermənistanın Baş naziri Paşinyanla telefon danışığı oldu. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, orada baş verən ciddi gərginlik müzakirə olundu.

Baş verən söhbətə uyğun olaraq hazırda sərhəddəki gərginliklə bağlı ekspertlər səviyyəsində intensiv iş aparılır. Hələlik daha çox deməyəcəm. Bu işin nəticələri barədə sizə məlumat verəcəyik. Təbii ki, Rusiya Federasiyasının rolunu, şəxsən Putinin rolunu qiymətləndirmək çətindir. Təbii ki, prezident sərhəddə gərginliyin azaldılmasına kömək etmək üçün əlindən gələni edir. Bu səylər davam edir", - deyə Kremlin sözçüsü vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO