“Azərbaycan 2023-cü ildə Qarabağda ermənilərin siyahıyaalınmasına başlayacaq” - DEPUTAT

“Azərbaycan 2023-cü ildə Qarabağda ermənilərin siyahıyaalınmasına başlayacaq” - DEPUTAT

Hazırda oxunan: “Azərbaycan 2023-cü ildə Qarabağda ermənilərin siyahıyaalınmasına başlayacaq” - DEPUTAT
93069
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu günlərdə Rusiyalı politoloq İqor Korotçenko açıqlamasında bildirmişdi ki, 2023-cü ildə Azərbaycan höküməti Qarabağdakı ermənilərin siyahıyaalınmasını həyata keçirə biləcək. Fikrini də onunla əsaslandırmışdı ki, artıq erməni separatçıları üçün çəmbər daralıb.

İlin sonuna qədər Qarabağda heç bir silahlı birləşmə qalmayacaq. Dinc ermənilərsə məmnuniyyətlə Azərbaycan vətəndaşlığı alaraq öz həyatlarına davam edəcəklər.

Rusiyalı politoloqun fikirlərinə münasibət bildirən Millət vəkili Fazil Mustafa Bizim.Media-ya bunun tamamilə mümkün olacağını bildirib: 

“Ermənilərlə bağlı layihələrimiz ard-arda və uğurla həyata keçir. Bu da onu göstərir ki, yaxın zamanda biz Xankəndi və ətraf ərazilərə nəzarəti də ələ alacağıq. Sadəcə, biz bunu dinc məcrada baş verməsini istəyirik. Və ermənilərdən də bunu tələb edirik. Amma Azərbaycana qarşı hər hansı bir təxribat olarsa, onda dövlətimiz onları öz dillərinə uyğun şəkildə yerində oturdacaq.

Lakin, biz iradə nümayiş etdirərək bir sıra məsələləri operativ şəkildə gerçəkləşdirməyə çalışırıq. Ona görə də Korotçenkonun dedikləri proqnoz mənası daşımır. Reallığa söykənir. Çünki, gedişat ona doğru aparır ki, gələn il Qarabağda biz ermənilərin siyahıyaalınmasını həyata keçirə bilərik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO