""3+3" formatı regionun təhlükəsizliyinə töhfə verəcək" - Şahin Mustafayev

Hazırda oxunan: ""3+3" formatı regionun təhlükəsizliyinə töhfə verəcək" - Şahin Mustafayev
92920
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanla Ermənistan arasında münaqişənin həllində Rusiya Federasiyasının, Prezident Vladimir Putinin şəxsi töhfəsini yüksək dəyərləndiririk”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Bakıda keçirilən "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin inkişaf perspektivlərinə dair Azərbaycan, Rusiya və İran rəsmilərinin iştirakı ilə keçirilən tədbirdə bildirib.

Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Hikmət Babaoğlu: “Prezident ciddi mesajlar verdi, ermənilər düzgün dərs çıxarmalıdırlar” 

Akar: “Türkiyə Azərbaycanın haqq işini dəstəkləyir” 

O bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatları regionda sülhün, sabitliyin və təhlükəsizliyin, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə əsaslanan qarşılıqlı hörmət və birmənalı dəstəkdən çıxış edərək 44 günlük Vətən müharibəsi nəticəsində yaranmış reallıqların möhkəmləndirilməsi, sülh və sabitliyin inkişafına yönəlmiş səylərin birləşdirilməsinə töhfə verəcək.

Baş nazirin müavini qeyd edib ki, yeni reallıqlara xidmət edəcək “3+3” əməkdaşlıq formatı perspektivdə regionunun təhlükəsizliyinə töhfə verəcək və bu xüsusda 10 dekabr 2021-ci il Moskvada keçirilmiş Azərbaycan, Rusiya, Ermənistan, İran, Türkiyə xarici işlər nazirləri müavinlərinin iclası xüsusi əhəmiyyət kəsb edib.
Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan Ermənistan münasibətlərin normallaşdırılmasında maraqlıdır və artıq sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO