Roman Bağdasaryan: “Qarabağ klanının bütün saraylarını sökmək lazımdır”

Roman Bağdasaryan: “Qarabağ klanının bütün saraylarını sökmək lazımdır”

Hazırda oxunan: Roman Bağdasaryan: “Qarabağ klanının bütün saraylarını sökmək lazımdır”
91161
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Erməni jurnalist, bloger Roman Bağdasaryan Ermənistanda Qarabağ klanının nümayəndələrinin dəbdəbəli villalarının sökülməsinə çağırıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə Telegram kanalında yazıb.

“İki il əvvəl deyirdilər ki, Göyçə gölü ətrafındakı bütün qanunsuz tikililər sökülməyə başlayıb. İndi nə oldu? Nə üçün onların əksəriyyəti hələ də sökülməyib? Bu işlə nazir Romanos Petrosyan məşğul olub.

Qanunsuz tikililər arasında Qaqik Çarukyanın, keçmiş nazir Seyran Ohanyanın, Robert Köçəryanın oğlunun və digər pullu şəxslərin mülkləri var. Bəlkə əvvəlcə gölün yaxınlığındakı Çarukyanın qanunsuz tikililərini sökək, sonra İsa peyğəmbərin heykəli haqda düşünək?
Yoxsa heç bir söküntü yoxdur. Bu sadəcə bir tamaşadır. 

Siyahıda qanunsuz sayılan və sökülməli olan tikililərin 3 faizi belə 2 ildir ki, sökülməyib.
Zənginlərin və Qarabağ klanının nümayəndələrinin bütün saraylarını sökməyə və bundan qorxmamağa çağırıram”, - deyə o yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO