Rusiya XİN-dən üçtərəfli razılaşmalarla bağlı AÇIQLAMA

Rusiya XİN-dən üçtərəfli razılaşmalarla bağlı AÇIQLAMA

Hazırda oxunan: Rusiya XİN-dən üçtərəfli razılaşmalarla bağlı AÇIQLAMA
90936
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cənubi Qafqaz regionunda sabitliyə aparan yol üçtərəfli razılaşmalara ciddi riayət etməkdən keçir.

Bizim.Media xəbər verir ki, bu Rusiya Xarici İşlər Nazirliyinin Rusiya və Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilənin imzalanmasının 25 illiyi münasibəti ilə bağlı bəyanatında bildirilib.

"Biz İrəvana müdafiə qabiliyyətini və sərhəd təhlükəsizliyini gücləndirməkdə, qonşuları ilə əlaqələri normallaşdırmaqda kömək etməyə davam etməkdə qərarlıyıq.

Əminik ki, regionda sabitliyə aparan yol 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmalara ciddi riayət etməkdən keçir. Rusiya sülhməramlı kontingenti Qarabağda təhlükəsizliyin təmin edilməsində əsas amil olaraq qalır", - deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO