
- A-
- A
- A+
Cəmiyyət
18:22 / 24.08.2022
1 dəq oxunma
Oğuzdakı meşə yanğını ilə bağlı SON MƏLUMAT
Hazırda oxunan: Oğuzdakı meşə yanğını ilə bağlı SON MƏLUMAT
90259
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Oğuz rayonunda başlayan meşə yanğını söndürülüb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Ramin Lətifov məlumat verib.
Onun sözlərinə görə, Oğuz şəhərinin üst hissəsindəki meşə zolağında alov görünən kimi FHN-nin Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin 1 yanğınsöndürən avtomobili, Şahdağ Milli Parkının və Qəbələ Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğının söndürülməsinə cəlb olunub.
Yanğın operativ şəkildə söndürüldüyündən cəmi 15 sot meşə sahəsi yanıb.
Hazırda ərazidə soyutma işləri aparılır.
Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































