Şəmkirdə itkin düşən qadın Bakıda tapıldı: “Ərimin ailəsi ilə yaşamaq istəmirəm” - FOTO

Şəmkirdə itkin düşən qadın Bakıda tapıldı: “Ərimin ailəsi ilə yaşamaq istəmirəm” - FOTO

Hazırda oxunan: Şəmkirdə itkin düşən qadın Bakıda tapıldı: “Ərimin ailəsi ilə yaşamaq istəmirəm” - FOTO
89282
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəmkirdə itkin düşən 24 yaşlı qadın tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, avqustun 7-də yaşadığı evdən çıxaraq itkin düşən Şəmkir rayon Aşağı Seyfəli kənd sakini, 1998-cu il təvəllüdlü Asimə Məmmədova Bakı şəhəri ərazisində tapılıb.

E.Qasımov bildirib ki, qadınla profilaktiki söhbət aparıb:

Məlum olub ki, A.Məmmədova öz istəyi ilə evi tərk edib və Bakıya gəlib. Qadının həyatı üçün hər hansı bir təhlükə yoxdur.

Hazırda digər aidiyyəti qurumlarla araşdırmalar davam etdirilir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qadın evdən getmə səbəbi kimi əri və onun valideynləri ilə birlikdə yaşamaq istəmədiyini göstərib.

Qadının valideynlərinin iddia etdiyi onun əri tərəfindən fiziki zorakılığa məruz qalması məsələsi isə öz təsdiqini tapmayıb.

Belə ki, qadının bədənində heç bir xəsarət izinə rast gəlinməyib.

Bizim.Media

Şəmkirdə itkin düşən qadın Bakıda tapıldı: “Ərimin ailəsi ilə yaşamaq istəmirəm” - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO